|
Ermənistan ordusunun daha bir yüksək rütbəli zabiti həbs edilib.
Virtualaz.org "Sputnik Armeniya"ya istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan öz “facebook” səhifəsində yazıb.
O bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Xüsusi Təyinatlı Qüvvələrin əməkdaşı polkovnik-leytenantı həbs edilib.
Ovannisyan həbs olunan hərbçinin adını qeyd etməyib. O, yazıb ki, həbsin təfərrüatları barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, aprelin əvvəlindəki 4 günlük müharibədən sonra prezident Serj Sarkisyan Ermənistan Müdafiə Nazirliyində bir neçə yüksək rütbəli hərbçini şdən çıxarıb və həbs etdirib. Vəzifədən xaric edilənlər və həbs olunanlar arasında generallar da yer alır.