|
Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri, ictimaiyyət nümayəndələri Laçının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər, şəhidlərin məzarı üzərinə gül qoyub, ruhlarına dualar oxuyublar.
Teleqraf.az xəbər verir ki, QAT sədri Akif Nağı ziyarət zamanı bildirib: “ Son Vyana görüşləri də göstərdi ki, torpaqlarımızı yalnız hərbi yolla işğaldan azad edə bilərik. Azərbaycan danışıqlardan imtina edib, müharibəni başlamalıdır. Yüzminlərlə qurbanın hesabına olsa da, torpaqlarımızı azad etməliyik”. Sonra aksiya iştirakçıları işğalçılara nifrətlərinin ifadəsi olaraq Ermənistan bayrağını tapdalayıb, sonra yandırıblar.