|
Polis əməkdaşları maşını tərk etməyə imkan tapıblar
Parisdə keçirilən etiraz aksiyasının iştirakçıları polis avtomobilini yandırıblar.
Avtosfer.az xəbər verir ki, bu haqda "france press" məlumat yayıb.
Xəbərə görə, hadisədən əvvəl avtomobildə iki polis əməkdaşı olub. Yanğın törədilən zaman polis əməkdaşları maşını tərk etməyə imkan tapıblar. Nəticədə xəsarət alan olmayıb.
Ötən gecə Lion şəhərində Fransanın əmək qanunvericiliyinə nəzərdə tutulan islahatlar əleyhinə keçirilən nümayişlərdə beş polis əməkdaşı xəsarət alıb.
Xatırladaq ki, əmək qanunvericiliyinə dəyişikliklər edilməsi səbəbindən son iki ayda ölkənin iri şəhərlərində mütəmadi tətillər keçirilir. Etiraz aksiyaları iğtişaşlarla müşayiət olunur.