|
NATO ölkələrinin xarici işlər nazirləri mayın 19-da Monteneqronun Alyansa qoşulması haqqında sənədi imzalayacaqlar.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
O deyib ki, sabah Monteneqronun baş naziri Milo Cukanoviçlə görüş keçiriləcək və bu ölkənin NATO-ya qoşulmasına dair protokol imzalanacaq. Protokola uyğun olaraq, Monteneqro Alyansın iclaslarında müşahidəçi qismində iştirak edə biləcək. NATO ölkələri isə bu sənədi ratifikasiya etməlidirlər. Yalnız bundan sonra yeni ölkə Alyansın tamhüquqlu iştirakçına çevriləcək.
Qeyd edək ki, hazırda NATO-ya üzv olan 28 ölkə var.
(virtualaz)