|
Türkiyədə Mardin bölgəsini terrorçulardan təmizləmək üçün əməliyyatlar davam edərkən, bəzi xainlərin PKK-ya məlumat verib əməliyyatları iflasa uğratmağa çalışdığı müəyyənləşdirilib.
Aznews.az bildirir ki, fövqəladə hallarda könüllü feldşerlərin xidmət etdiyi Milli Tibbi Xilas Etmə Qrupunda (UMKE) qeydiyyatdan keçən bəzi feldşerlərin terrorçu qruplaşmaya məlumat ötürdüyü müəyyənləşdirilib.
Xüsusi xidmət orqanları UMKE-də xidmət edən 10 feldşerin PKK ilə əlaqəli olduğunu müəyyən edib. Bu işçilərdən 2-sinin PKK, 1-inin YDG-H, 1-inin isə MLKP ilə əlaqəli olduğu məlum olub.
PKK tərəfdarlarının təhlükəsizlik qüvvələrinin hara hücum edəcəyi, əməliyyatı həyata keçirəcək heyətin tərkibində neçə nəfərin olacağı kimi məlumatları sızdırdığı bəlli olub.
Kəşfiyyatın əldə etdiyi məlumatlar əsasında istintaq başlayıb.