Merac Film İslam mədəniyyəti sahəsində yeniliklərə imza atmağa davam edir.
Müasir zamanın tələblərinə cavab verən çəklişlər ilə dindar auditoriansının könlünü və gözünü oxşayır. Bu barədə Merac Filmin təsisçi direktoru Zaur Tahirsoy bizə müsahibəsində deyir;
" "Merac Film" ikinci ildir ki, dini sahədə fəaliyyətini davam etdirir. Fəaliyyətə başladığımız ilk günlərdən etibarən Allahdan qeyrisinin qapısına getməyi özümüzə qadağan etmişik. Yəni çalışmışıq ki, öz ayaqlarımız üzərində duraq. Çünki özgə ağacın kölgəsində bitən ağacın kölgəsi olmaz. Buna nəqədər nail olmuşğsa göz qabağındadır. Dini səpkidə demək olarki bir ilkə imza atmışıq.Bu yolda bizim yanımızda olan hər bir kəsə minnətdarlığımızı bildiririk. Allaha xatır girdiyimiz bu meydanda hələki rəqibimiz yoxdur. Amma çox istəyərdik ki, olsun. Çünki rəqabət olan yerdə inkişaf olar. Təbii ki, Allah istəyən sağlam rəqabət. Paxıllıq və kin küdurətdən uzaq." "Merac Film" in yeni işini sizlərə təqdim edirik