“Vaxtilə Tetçerə tərcüməçilik etmiş hüquq müdafiəçisi saxta ittihamlarla həbs edilib”

 BP-dən siyasi məhbusların azadlığı üçün Azərbaycan hökumətinə təzyiq etmək tələbləri artır

Böyük Britaniyanın “Daily Telegraph” qəzeti Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus barədə məqalə dərc edib. Məqalənin tərcüməsini təqdim edirik:

***

Vaxtilə Marqaret Tetçerə şəxsi tərcüməçilik etmiş (1992-ci ildə Tetçer Bakıda olarkən – red.) qadının ailəsi BP neft şirkətini və Britaniya hökumətini onun Azərbaycanda həbsdən azad olunması üçün müdaxilə etməyə çağırır. 58 yaşlı tanınmış hüquq müdafiəçisi Leyla Yunus saxta dövlətə xəyanət və fırıldaqçılıq ittihamları ilə iyul ayında həbs edilib. Bir neçə gündən sonra onun əri, 59 yaşlı Arif Yunus da həbs edilib. Qayını Ramiz Yunus “The Guardian”a bildirib ki, Leyla Yunusu həsxana gözətçisi döyüb, saçlarından tutlaq sürükləyib. O, daim psixoloji təzyiqlərə məruz qalır. “Mən BP şirkətini və Britaniya hökumətini bütün siyasi məhbusları, o çümlədən Leyla Yunusu və qardaşımı azad etmək üçün Azərbaycan hökumətinə təzyiq etməyə çağırıram”, - deyə Ramiz Yunus əlavə edib.

Xanım Yunus və onun əri 98 nəfərlik siyasi məhbus siyahısını çap etdikləri üçün qisas olaraq həbs ediliblər. Bu ilin əvvəlindən Azərbaycan prezidenti İlham Əliyev özgə fikirli insanların, hüquq müdafiəçilərinin, vəkillərin və jurnalistlərin misli görünməmiş repressiyasında və həbsində ittiham edilir. “Human Rights Watch” Yunusların həbsini “Tam uydurma və onların susdurulmasına hesablanmış akt” kimi təsvir edir. Azərbaycan hökuməti isə ittihamın siyasi olduğunu inkar edir.

Təhlilçilər belə hesab edirlər ki, cənab Əliyev Qərbin başının Ukraina və Yaxın Şərqdə qarışmasından yararlanaraq, gələn il Bakıda BP tərfindən təşkil ediləcək Avropa Oyunları ərəfəsində bütün müxalifəti ləğv etmək istəyir. Leyla və Arif Yunnusların 29 yaşlı qızı Dinara Yunus ona zərər verəcəkləri barədə valideyinləri təhdid aldıqdan sonra 2009-cu ildə Azərbaycandan Hollandiyaya qaçıb. O, Amsterdamdan telefonla danışaraq deyir: “Məgər iqtisadi maraqlar insan hüquqlarından vacibdir? Azərbaycan hökuməti ilə danışarkən siyasi məhbuslar məsələsinə də toxunmaqla BP öz imicini yaxşılaşdıra və daha etik ola bilər. BP bütün siyasi məhbusları, o cümlədən mənim valideyinlərimi təcili və qeyd-şərtsiz azad etməyə çağırmalıdır. Bu cür şərtləri müəyyən etmək üçün BP kifayət qədər güclüdür”.

Azərbaycanda özgəfikirliliyə qarşı kampaniya bu ilin yayında özünün pik həddinə çatdı. Gənc hüquq müdafiəçisi Rəsul Cəfərov vergidən yayınma itthamı ilə avqustun 2-də həbs edilib. Bundan bir neçə gün sonra isə seçkilərdə saxtakarlıqlarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edən veteran vəkil İntiqam Əliyev eyni itthamla həbs edilib. Daha sonra həmin ayda Naxçıvan bölgəsində jurnalist İlqar Nəsibov naməlum şəxslər tərəfindən döyülərək huşsuz vəziyyətə salınıb. O, həbsdə mübahisəli ölüm hadisəsini araşdırırdı.

“The Telegraph”a verdiyi şərhdə BP bildirb ki, fəaliyyət göstərdiyi ölkələrdə insan hüquqlarına və ləyaqətinə hörmətin davamlı olduğunu vurğulayır. Şirkət inanır ki, insan hüquqlarının müdafiəsinə görə əsas məsuliyyəti Azərbaycan hökuməti daşıyır, şirkətin özü isə əvvələr də olduğu kimi, bu sahədə təlimatı həyata keçirməyə hazırdır.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti