|
BMT-nin tədbirinə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla polis arasında skandal yaşanıb. Nyu York şəhərində toplantının keçirildiyi zala daxil olarkən polis prezidenti içəri buraxmayıb.
Axar.az Türkiyə mediasının istinadən bildirir ki, polis-Ərdoğan qalmaqalı video görüntülərdə yer alıb. Görüntülərdə polisin Ərdoğanı salona daxil olmağa icazə vermədiyi, lakin prezidentin mühafizəçilərinin müdaxilə etdiyi lentə alınıb. Bu qarşıdurma bir anlıq yaşanıb. Videokameranın arxa planında “sakit ol”, “onun kim olduğunu bilirsənmi”, “Türkiyə prezidentidir”, “Xeyr, xeyr” kimi sözlər eşidilir.