|
İŞİD-dən daha betər, zorakı və qanlı terror təşkilatı gəlir - “Horasan”.
Teleqraf.az axar.az-a istinadən xəbər verir ki, ABŞ mətbuatı Suriyada fəaliyyət göstərən Əl-Qaidə törəməsi “Horasan” təşkilatı haqda yazıb. ABŞ mediasının iddiasına görə, “Horasan” qruplaşması İŞİD-dən daha təhlükəlidir.
“Nyu York Tayms” (“New York Times”) qəzetinin xəbərinə görə, “Horasan” qruplaşması Suriyada iki il əvvəl fəaliyyətə başlayıb. “Bu terror təşilatı Amerika və xaricdəki nümayəndəliklərinə qarşı terror aktları təşkil edir. Bu təşkilatın üzvləri partlayıcı qurğulardan istifadənin tərəfdarıdır. Amerika xüsusi xidmət orqanları müəyyən edib ki, “Horasan”nın lideri Əl-Qaidə rəhbərlərindən olan Möhsün əl-Fədhlidir. Fədhli Üsamə bin Ladenin yaxın çevrəsinə daxil olan terrorçudur və 2001-ci ildə Nyu Yorkda təşkil edilən 11 sentyabr terraktı barədə xəbərdar olanlardandır.