|
Suriya müxalifəti fəallarının sözlərinə görə, İŞİD qruplaşması ölkənin şimalında, Türkiyə ilə sərhəddə artıq 60-dan çox kəndi ələ keçirib. Musavat.com-un BBC-yə istinadla verdiyi məlumata görə, yaşayış məntəqələrinin əksəriyyəti kürdlərindir.
Britaniyada mənzillənən insan haqlarının qorunması üzrə Suriya Monitorinq Mərkəzindən yayılan xəbərə görə, minlərlə dinc sakin terrorçuların hücumu ilə bağlı öz evlərini tərk edib. Məlumatlara görə, kürd silahlıları da ərazini tərk ediblər. Türkiyə qaçqınların Suriyadan çıxması üçün sərhədləri açıb.
Musavat.com