|
Şotlandiyada keçirilən müstəqillik referendumunda seçicilərin 60 faizindən çoxu müstəqillik ideyasına qarşı çıxıb.
Teleqraf.az-ın verdiyi xəbərə görə, bu barədə BBC və “Röyters” xəbər agentliyi bildirib.
Şotlandiyanın 32 qraflığından 26-da müstəqillik üçün 1 milyon 176 min 952, əleyhinə isə 1 milyon 397 min insan səs verib.
Böyük Britaniya qəzeti “Guardian” səslərin son nəticələrinə əsasən “Şotlandiyalılar müstəqilliyi rədd etdi” başlığı ilə çıxıb.
PS:Bu an adamın yadına Şotlandiyanın müstəqilliyi uğrunda mübarizə aparan Vilyam Volos düşür...