Konfransa hətta iqtidar da dəvət edilib, məqsəd ölkədəki demokratik şəraiti, vəziyyəti obyektiv bir şəkildə təhlil etməkdir

Bir sıra siyasi partiyaların təşkilatçılığı ilə sentyabrın 17-də, saat 12.00-da ADP-nin qərargahında böyük konfrans keçiriləcək. Mediada konfransa hətta YAP-ın da dəvət ediləcəyi barədə informasiya yayılıb. Konfransla bağlı ADP sədri Sərdar Cəlaloğlu musavat.com-a bildirib ki, konfrans demokratik qüvvələrin təsis etdiyi Demokratiya və İnsan Hüquqları Mərkəzinin təşəbbüsü ilə baş tutacaq. Müzakirə olunan məsələ isə ölkədə demokratiyanın vəziyyətidir. 

“Bütün siyasi partiyalar,- müxalifət və iqtidar olmasından asılı olmayaraq, hamı tədbirə dəvətlidir. Həmkarlar ittifaqları dəvətlidir, media kapitanları, baş redaktorlar, ölkədəki demokratik institutların nümayəndələri, xarici səfirliklərin təmsilçiləri də konfransa dəvət edilib. Məqsəd ölkədəki demokratik şəraiti, vəziyyəti obyektiv bir şəkildə təhlil etməkdir. Problemləri üzə çıxarmaq, mümkün olarsa, praktiki olaraq həllini təklif etmək və nail olmaqdır”.

Qeyd edək ki, konfrans və yayılan xəbərlərə prosesin iştirakçısı olan AXP sədri Pənah Hüseyn də münasibət bildirib. O da qeyd edib ki, konfransın mövzusu Azərbaycanda demokratiyanın vəziyyətidir: “Təxminən bir aydan artıqdır ki, son dövrdə ictimai sektora qarşı repressiya və tanınmış hüquq müdafiəçilərinin həbsi ilə bağlı bir araya gələn  15 siyasi partiyanın  qatıldığı proses başlanıb və davam edir. Bu müddətdə QHT- lərin hazırladığı vahid siyasi məhbus siyahısının dəstəklənməsi barədə mövqe əldə olunub. Hüquq müdafiəçilərinin həbsi və ictimai sektora qarşı repressiyalar pislənib. Siyasi və vicdan məhbuslarının azad olunması barədə bəyanatlar qəbul edilib. Vəkil İntiqam Əliyev haqqında Avropa İnsan Hüquqları Məhkəməsinə, habelə həyati riskli xəstəlikləri olan siyasi məhbusların müayinə və xaricdə müalicəsi üçün beynəlxalq tibbi komissiyanın yaradılması haqqında müraciətlər qəbul edilib və göndərilib. Ən mühüm nəticələrdən biri kimi siyasi partiyaların insan hüquqlarının müdafiəsi sahəsində funksional əməkdaşlığı və bunun mexanizmlərinin yaradılması barədə razılıq əldə olunub və konkret addımlar atılıb.   Bununla əlaqədar  ”Demokratiyanın müdafiəsi haqqında Xartiya" hazırlanıb və bu günə 11 siyasi partiya tərəfindən imzalanıb. Axırıncı olaraq Azad Demokratlar Partiyası ona imza atıb. Bir neçə partiya da xartiyaya qoşulmağı müzakirə edir". 

Qeyd edək ki, sözügedən xartiyada bir sıra məsələlərlə yanaşı, siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində daimi əməkdaşlıq etməsi barədə razılıq da  əksini tapıb. Sentyabrın 17-dəki konfrans Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin xətti ilə təşkil edilir. “Bu konfransda həm xartiyanı imzalayan partiya nümayəndələrinin, həm də digər siyasi partiyalar, QHT, gənclik hərəkatı nümayəndələri, media təmsilçilərinin  iştirakı nəzərdə tutulur. Ümumi qaydada beynəlxalq təşkilatların da nümayəndələrinin dəvət olunması nəzərdə tutulub. Yeni Azərbaycan Partiyasının dəvət olunmasına gəldikdə isə əvvəldən bu məsələdə konseptual yanaşma ondan ibarətdir ki, proses yalnız müxalifətdə olan siyasi partiyaların fəaliyyəti kimi təqdim olunmur, baxmayaraq ki, mərkəzi təsis edən, prosesdə iştirak eləyənlərin mütləq əksəriyyəti müxalifətdədir və ya özünün müxalifətdə olduğunu bəyan edirlər. Hətta o da razılaşdırılıb ki, məsələn, kimlərin müxalifətdə olub- olmaması barədə mənasız spekulyasiyalara vaxt itirməmək üçün haqqında danışılan prosesin iştirakçılarına nəzərən  ümumiyyətlə siyasi partiyalar ifadəsi işlənsin. Razılaşdırıldı ki, konfransın mövzusu da elədir ki, siyasi mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların dəvəti məqsədəuyğundur. Kimlərin gəlib- gəlməyəcəyi deməzdim ki, əhəmiyyətsizdir, lakin daha əhəmiyyətlisi odur ki, hamını dəvət etmək siyasi mövqe kimi ortaya qoyulub. Əksər çıxışların, sənəd layihələrinin hakimiyyətə münasibətdə tənqidi olacağı aydındır. Lakin əgər YAP- ın belə bir auditoriyada deməyə sözü və istəyi varsa, buyursunlar.  Dəvət məsələsini Demokratiya və İnsan Haqları Mərkəzinin sədri, KXCP lideri Mirmahmud Mirəlioğlu öz üzərinə götürüb. Hesab edirəm dəvət YAP-a da olacaq”,- deyə P.Hüseyn qeyd edib.

P.Hüseyn AXCP-nin konfransda iştirak edib-etməyəcəyi ilə bağlı da danışıb: “Bu proses başlandığı ilk gündən Milli Şuranın sədri professor Cəmil Həsənli, həm də AXCP sədri Əli Kərimli dəvət olunub. Onların bu prosesdə iştirakı arzu olunub. Hər dəfə AXCP rəhbərliyi tədbirlərə dəvət edilir, o cümlədən nəzərdə tutulan konfransa da dəvət ediləcəklər. Arzu olunandır ki, ölkənin əsas siyasi partiyalarından biri olan AXCP və son seçkilərdə müxalifətin prezidentliyə namizədi olmuş Cəmil Həsənli konfransda iştirak etsin”.

Qeyd edək ki, müzakirələrin nəticəsi olaraq konfransda bir məruzənin olması qərara alınıb və həmin məruzəni Müsavat Partiyasının başqanı İsa Qəmbər edəcək. Həmçinin konfransı təşkil edən partiyaların adından sənəd layihələri, həmçinin qətnamə layihəsi hazırlanıb. 

AXP sədrinin fikrincə, siyasi partiyaların daimi funksional əməkdaşlığı 2014-cü ilin ən ciddi siyasi hadisələrindən biridir: “Bu prosesi baş tutmuş hesab eləmək olar.  Bu konfransda bir sıra məsələlərə aydınlıq gələcək. Odur ki, bu tədbir prinsip etibarilə Azərbaycan siyasi həyatında  hətta yeni bir mərhələnin başlanması kimi qiymətləndirilə bilər”.

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti