|
Rusiyanın Liberal Demokrat Partiyasını Lideri Vladimir Jirinovski Bakıya gələcək.
Teleqraf.az xəbər verir ki, Bu barədə Moderator.az saytı xəbər yayıb.
Saytın xəbərinə görə, diplomatik mənbə bildirib ki, səfər sentyabr ayının 3-cü ongünlüyündə reallaşacaq. Bir neçə günlük səfər çərçivəsində Jirinovski Azərbaycanda bir sıra görüşlər keçirməklə yanaşı, ölkə ilə daha yaxından tanış olmaq və inkişaf proseslərini öz gözləri ilə görmək üçün respublikanın bir sıra bölgələrində də olacaq. Onun hətta mətbuat nümayəndələri üçün mətbuat konfransının da təşkil olunacağı gözlənilir.
O mətbuat nümayəndələri ilə iki ölkə arasındakı münasibətlərə və dünyada, regionda və keçmiş sovet məkanında baş verən proseslərə aydınlıq gətirəcək. O eyni zamanda mətbuat nümayəndələrini maraqlandıran suallara cavab verəcək.