|
Bir qrup türk internet istifadəçisi yeni sosial paylaşma saytı yaradıb.
Axar.az xəbər verir ki, Türkiyədə yeni yaradılan yerli sosial paylaşma saytı Tvayster Tvitterə rəqib türk layihəsi olaraq qiymətləndirilir.
“Həyatında yaşananları və düşüncələrini azad paylaşmağını təmin edər” sloqanı (şüarı) ilə istifadəçilərə xitab edəcək “Twayster.com” saytı özünəməxsus dizaynı ilə başqa sosial paylaşma saytlarından fərqlənir.
Tvitterin demək olar ki, bütün xüsusiyyətlərinə sahib olan “Twayster.com” saytı Tvitterdən fərqli olaraq “Dost əlavə et” və “dostlarla söhbət” (çat) xüsusiyyətinə sahibdir. Tvaysteri rəqiblərindən fərqləndirən xüsusiyyətlərdən biri isə Tvitter və Feysbuk kimi sosial paylaşma saytlarının istifadəçilərinin hər cür şəxsi məlumatlarını satdığı halda Tvaysterin istifadəçilərinin məlumatlarını satmamağa zəmanət verməsidir.
Funksiyalarını hər gün daha da inkişaf etdirən “Tvayster.com” saytı həmçinin sosial şəbəkəyə yeni funksiya əlavə olunmasını istəyənlərə də şərait yaradıb. Siz yeni fikirləriniz, əlavə olunmasını istədiyiniz funksiyalar haqqında “Twayster.com” saytına üzv olaraq idarəçilərə məlumat verə bilərsiniz.