|
Araşdırmalar nəticəsində ABŞ-a ən çox nifrət edən və rəğbət bəsləyən ölkələrin siyahısı məlum olub.
Avropa.info-nun məlumatına görə, PEV araşdırma şirkəti Amerikanın ölkələr arasındakı rəğbət və tənqid faizini ortaya çıxarıb.
Beləliklə məlum olub ki, ABŞ-a ən çox mənfi münasibəti 85 faizlə Misir və İordanıya bəsləyir.
Türkiyə 78 faizlə üçüncü olub.
ABŞ-ı ən çox sevən xalqlar sırasında isə 92 faizlə flippinlər başda gəlir. 84 faizlə İsrail ABŞ-ı sevən ölkələr arasında ikincidir.
Bu siyahıda üçüncü yeri 82 faizlə Cənubi Koreya tutur.
ABŞ-la uzun illər soyuq savaş aparan Rusiya 71 faizlə ABŞ-ı sevməyənlər arasında dördüncü olub.