Onlar ETTELAAT məmurları tərəfindən cismi və ruhi təzyiqlər altında sorğu-suala tutulublar 

Savalan dağının sığınacaq məntəqəsində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən fəallardan Səccad İbrahimpur sərbəst buraxılıb. GunAzTV-nin xəbərinə görə, Həmid Qüvvəti və Rza Qüvvəti tutulduqdan 3 gün sonra 100 milyon riallıq mülki vəsiqə qarşılığında və İsa Əzizi keçirdiyi aclıq aksiyasının ikinci günündə, yəni tutulduqdan 4 gün sonra azadlığa çıxıb.

Həbib Nigəhban isə aclıq aksiyasının 4-cü günü, yəni tutulduqdan 1 həftə sonra 100 milyonluq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları isə Ərdəbildə Həbib Nigəhbanın evində axtarış aparıb və azərbaycanlı fəala aid kitablar və bir sıra şəxsi əşyanı özləri ilə aparıblar. Rəhim Qulami tutulduğu gündən aclıq aksiyasına başlayıb, lakin astma və böyrək xəstəlikləri səbəbindən və digər fəalların israrı ilə aclıq aksiyasının 4-cü günü aksiyanı dayandırıb. R.Qulami bundan öncə də dəfələrlə tutuqlanıb və həbs olunub.

Cəfər Rüstəmirad Ərdəbil zindanına aparıldıqdan sonra bu şəhərin ETTELAAT şöbəsinin təcridxanasına göndərilib. O, tutulduğu gündən aclıq aksiyasına başlayıb. Azərbaycanlı fəal bu müddətdə yalnız bir dəfə öz ailəsi ilə qısatelefon əlaqəsi saxlamağa nail olub və aclıq aksiyasını davam etdirdiyini bildirib. Fəalın ailəsi isə onun danışıq zamanı halsız olduğu və telefonun gözlənilmədən kəsilməsi səbəbindən, fəalın işgəncələr altında saxlandığını ehtimal edirlər.

Səid Hüseyni iki gün öncə öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb və hələ də aclıq aksiyasını davam etdirdiyini və ETTELAAT məmurları tərəfindən cismi və ruhi təzyiqlər altında sorğu-suala tutulduğu bildirib. Məlumata görə, fəalınmobil telefonu yaxalanarkən məmurlar tərəfindən döyüldükləri səbəbindən qırılıb. S.Hüseyni keçən aylarda da Ərdəbilin ETTELAAT şöbəsində saxlanılıb və sonra vəsiqə qarşılığında sərbəst buraxılıb.

Aydın Zakir yaxalanarkən məmurların qanunsuz hərəkətinə etiraz olaraq avtomobilə minməkdən imtina edib. Sonra məmurlar gözyaşardıcı qazdan istifadə edib və ona qarşı zorakılığa başlayıblar, məhz bundan sonra milli-mədəni fəalı avtomobilə mindirmək mümkün olub. Fəal tutulduğu gündən aclıq aksiyasına başlayıb və hələ də davam etdirir. A.Zakir bundan öncə də dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Aylar öncə onlarla fəalla birlikdə tutuqlanan və vəsiqə qarşılığında sərbəst buraxılan Meysəm Colani də tutulduğu gündən aclıq aksiyasına başlayıb. O, 4 gün sonra aclıq aksiyasını dayandırıb. Həsən Colanin isə bundan öncə saxlandığı söylənilmir. O tutulduğu gündən aclıq aksiyasındadır və öz ailəsi ilə telefon əlaqəsi saxlayarkən ağır vəziyyətdə olduğunu bildirib.
musavat.com

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti