|
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bir sıra vəzifələrə işçi qəbulu elan edib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Cəmiyyət Hərəkət Xidmətinə baş xəzinədar, Xəzinədar və Avtomatik buraxılış məntəqələrinin nəzarətçisi peşələri üzrə işə qəbul elan edir.
Tələblər;
- Yaş: 25 - 45
Təhsili:
- Orta təhsil
- Orta ixtisas və ali təhsili olanlara üstünlük verilir (İqtisadi sahələr üzrə)
Dil bilikləri:
- Azərbaycan dili - Əla
- Rus dili bilənlərə üstünlük verilir
İş yeri: Bakı şəhəri.
İşçi əmək fəaliyyətinə səhər saat 08:00-da başlayır və uyğun olaraq axşam saat 20:00 - da işini bitirir. O biri gün isə axşam saat 20:00-dan başlayır səhər saat 08:00 - da işini bitirir. Növbəti İki gün istirahət günü.
İşçilərin aylıq əmək haqları: Orta əmək haqqı 250 manat. (Gecə və gündüz növbələrindən asılı olaraq əmək haqqı daha çox ola bilər.)
Məlumat Anketlərinizi hr@metro.gov.az e-mail ünvanına göndərə bilərsiniz.
Məlumat Anketlərinizi göndərərkən;
• Mövzu yerinə peşənin adını yazın.
• Əvvəlki iş yerlərinizdəki iş öhdəliklərinizi ətraflı qeyd edin.
• Azərbaycan dilində göndərin.