|
Avqustun 30-da Qırmızı Körpü sərhəd-keçid məntəqəsində insident yaşanıb.
Teleqraf.az-ın xəbərinə görə, günorta radələrində Qazax rayonu ərazisindəki keçid məntəqəsində Gürcüstandan gələn vətəndaş Azərbaycan gömrükçüləri tərəfindən döyülüb. İsmayılov Elvin Namiq oğlu, atası İsmayılov Namiq və qardaşı İsmayılov Natiqlə birlikdə Gürcüstandan gələrkən gətirdikləri 15 kiloqram kələm əllərindən alınıb. Gömrük işçiləri onlara heç bir sənəd vermədən kələmi anbara qoyublar. Vətəndaşlar sənəd tələb etdikdə və hadisəyə etirazını bildirdikdə isə münaqişə baş verib. Vətəndaşlar Seyid, İftixar və Həmid adlı gömrükçülər tərəfindən təzyiqə məruz qaldıqlarını bildirirlər. “Gömrükçülər Nazirlər Kabinetnin 305 nömrəli qərarına məhəl qoymadan istədikləri hərəkəti edirlər. Keçid məntəqəsindəki insanların gözü qarşısında Elvin döyülüb. Həm də onlar özləri polisə müraciət etdilər. Baxmayaraq ki, oradakı insanlar Elvinin və başqa iki şəxsin gömrük işçiləri tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə onlardan qabaq məlumat vermişdilər. Bu qoçu dəstələri keçid məntəqəsindən keçən insanların hüquqlarını pozurlar”,- deyə zərərçəkənlər bildiriblər.
Elşən Əlisoy