|
Türkiyə siyasət tarixinin parlaq simalarından olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu və keçmiş sədri Aplarslan Türkeşi Gülən camaatı zəhərləyib.
Avropa.info xəbər verir ki, bu iddia ilə Türkeşin 1977-ci ildən 1997-ci ilə qədər şəxsi cangüdəni işləmiş təqaüddə olan baş komissar Tahsin Pəhlivanoğlu çıxış edib.
Türkiyədə qaranlıq qalan hər hadisənin arxasından Gülən camaatı çıxdığı kimi Turqut Özal və Muhsin Yazıcıoğlunun ölümləri başda olmaqla Alparslan Türkeşin ölümünün arxasında da bu təşkilatın olduğu iddia edilir.
Pəhlivanoğlunun sözlərinə görə Türkeş 1997-ci ildə Almaniyada olarkən geri dönməzdən 3 gün əvvəl ətraflı tibbi müayinədən keçib. Onu tibbi müayinədən keçirən 33 yaşlı həkim Türkeşə "18 yaşlı gənc kimisən. Heç bir şeyin yoxdur" deyib. Amma nədənsə bu həkim də hadisədən 1 ay sonra ürək çatışmazlığından dünyasını dəyişib.
Daha sonra isə 3 aprel tarixində Ankaraya qayıdan Türkeş Amasyada bir tədbirdə iştirak edib. Oradan qayıdan Türkeş Ankarada yerləşən Hilton mehmanxanasında bir digər tədbirdə iştirak edib. Bu tədbirdən çıxdıqdan sonra isə MHP lideri elə şəxsi avtomobilindəcə dünyasını dəyişib.
Onun Gülən şəbəkəsi tərəfindən öldürülməyində şübhəsi olmadığını deyən Pəhlivanoğlu Türkeşin tibbi ekspertiza tərəfindən yarılmadığını və infarktdan dünyasını dəyişdiyi iddia olunaraq dərhal dəfn edildiyini söyləyib.