|
Hazırda Azərbaycanda qeydiyyatda olan narkomanların sayı 28 555 nəfər təşkil edir. Həmin narkomanlardan 592-si qadınlardır.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən Teleqraf.az- verilən məlumata görə, yalnız 2015-ci ildə ümumi qeydiyyata görürülən narkomanların sayı 2017 nəfər təşkil edib. 2015-ci ildə könüllü olaraq müalicə olunmaq üçün mərkəzə 2833 nəfər müraciət edib.
Təkcə 2015-ci ildə Respublika Narkoloji Mərkəzində sərxoşluğun bütün növlərinin təyin edilməsi üçün 30 min 655 nəfər müayinədən keçirilib. Nazirlər Kabinetinin 2016-cı ildə narkomaniyanın profilaktikası məqsədilə təsdiq etdiyi “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsində istifadə edilən əvəzedici müalicə proqramının tətbiqi şərtləri və qaydaları” proqram çərçivəsində 424 xəstə müalicə olunub və şəfa tapıb.