|
Ağsu rayon Növcü Kənd Ərazi Bölgüsü üzrə Ağsaqqllar Şurasının sədri İsmayılov Səfa Mustafa oğlu SOCAR-ın vitze-prezidenti Mikayıl İsmayılovdan prezidentə ünvanladığı şikayət məktubunu TELEQRAF.AZ-ın ünvanına göndərərək , şikayət məktubunu dərc etməyimizi xahiş edib.
TELEQRAF.AZ İsmayılov Səfa Mustafa oğlunun prezidentən ünvanladığı şikayət məktubunu olduğu kimi təqdim edir:
Cənab Prezident
Həyatımız təhlükədədir, sizdən xahiş edirəm ki, bizim ailəmizə kömək əlinizi uzadın. SOCAR-ın vitze-prezidenti Mikayıl İsmayılov vəzifəsindən və pulundan istifadə edərək bizim ailəmizin həyatını puça döndərir. Mikayıl İsmayılovun qoçuları vəzifədən və pullarından istifadə edərək, mənim içində 3 tövləsi və çoban evləri olan 137 hektar torpağımı əlimdən alıb və traktorun qarşısına saldıraraq uçurdublar. Dəfələrlə çobanlarımı döyüblər, fermamızda saxladğımız itlərimizi güllə ilə vurub öldürüblər. Binədə olan qoyun töyləmizi gecə yandırıblar. Buna etiraz edən oğluma Mikayıl İsmayılovun qardaşı silahla hədə qorxu gəlib. Bu təzyiqlərə dözməyən oğlum ağr xəstəliyə tutularaq dünyasın dəyişdi. Haralara müraciət etsəm də heç bir nəticəsi olmadı. Mikayıl İsmayılov pul basaraq bizim haqqımızı, övladımın qanını tapdaladı.
Cənab prezident.
Mikayıl İsmayılovun ürəyi bununla soymayaraq, bizim icazəmiz olmadan yenidən 2 hektar qanuni sənədlərlə ailəmizə məxsus olan pay torpağımızı qazdırıb torpağını daşıtdırdı. Mən onun özünə bunun Allahsızlıq olduğunu bildirsəm də heç bir nəticəsi olmadı. Torpağımızı bizi saymadan qazdırıb içində olan çınqılları satdıraraq milyonlarla pul qazanır. Biz isə həyatımızdan qorxaraq heçnə deyə bilmirik. Bununla bağlı aidiyyəti qrumlara yazaraq məlumat versəm də, Mikayıl İsmayılovun qorxusundan kimsə bizim haqqımızı müdafiə etmir. Ümidimiz tək sizədir cənab prezident, bizi bunların əlindən alın. Bizim ailə üzvlərimizin hər biri Yeni Azərbaycan Partiyasının üzvüdür. Mən Ağsu rayonunda ilk yaranan Fermer Təsərrüfatlarının sədri olmuşam. Növcü ərazi bölgəsini təmsil edən 6 kəndin Ağsaqqallar Şürasının sədriyəm. Fermer təsərrüfatı üzrə respublikanın ən qabacıl fermerlərindən biri olmuşam. 1994 –ci il sentyabr ayının 20-də Rəhmətlik Heydər Əliyevin keçirdiyi müşavirədə qabaqcıl fermer olaraq mən də xüsusi dəvətlilərdən biri olmuşam. ümummilli liderimiz olan Heydər Əliyev Ağsunun adını çəkərək bizim əməyimizi də dəyərləndirdi və bizə diqqət yetirməmiz üçün xüsusi tapşırıq verdi. Bu da bunların diqqəti…
Cənab prezident.
Mən bu məktubumu müqəddəs Ramazan bayramı günü sizə ünvanlayıram və inanıram ki bu müqəddəs gündə Allah sizin vasitənizlə bizim ailəmizi ölümün pəncəsindən xilas edəcək. Sizdən məni qəbul etmənizi, bu şikayət məktubumdan sonra həyatımızı nəzarətə götürməyinizi xahiş edirəm. Sizdən çox xahiş edirəm ki, bizim ailəmizi Mikayıl Ismayilovun kinindən qoruyun.
Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.