Bu gün dünyada kitabları ən çox satılanlar siyahısında olan Oşo əslində nə deyirdi və nəyə nail olmaq istəyirdi? Bütün bu mənbələri araşdırarkən bu hərəkatın pərdə arxası meydana çıxır ki, bu sadəcə olaraq insanı dəhşətə salır. Oşo kimdir və nəyi təbliğ edirdi?

 Sizə Oşo haqqında inanılmaz faktları təqdim edirik. 

Oşo kimdir və nəyi təbliğ edirdi? Bu suala o özü belə cavab verirdi:

“Mən vahid bir dinin yaradıcısıyam, başqa dinlər yalandır. Dinləri insanlar yaradıblar.”

Onun doktrinasının əsasını tantrizm təşkil edirdi. Tantrizm nədir? Bu, xristianlığa qədər Hindistanda yayılmış induizmin cəryənlarından biridir. Özündə qara magiyanı, seksual orgiyanı və insanın qurban edilməsini ehtiva edir.

Onun doktrinasının tətbiqində əsas rolu dinamik meditasiya rol oynayır. O, ətrafındakılara “mən”-dən azad olmağı tövsiyyə edirdi. Bu “mən”nin nə keçmişi var, nə gələcəyi. Bu “mən” özünü sabah nə olacaq fikri ilə məhv etmir.

Onun təbliğatının əsas hədəfi ailə qavramını məhv etmək idi. O insanları azad seksual münasibətə səsləyirdi.

Bəs o kim idi və harada doğulmuşdu?

“Bu ruhi terrorist” 1931-ci il 11 dekabrda Mərkəzi Hindistanın ucqar bir kəndində dünyaya gəlib. Valideynləri onu Radniş Çandra Moxan adlandırırlar. Daha sonra o “Bxaqavan” yəni Tanrı adlandırdı. Dünyada isə o Oşo- (okeanda həll olmuş) adı ilə məşhurlaşdı.

Gənclik illərində kommunistlərə qoşuldu, hətta onların dərnəklərinə gedib gəldi. Özü dərnək yaratdı. Marksı, Engelsi əlindən düşürtmədi. Lakin tezliklə anladı ki, onun axtardığı bu deyil. Daha sonra fəlsəfə üzrə universitet bitirdi. O tezliklə okkultizmlə, magiya  və yoqa ilə ciddi maraqlanmağa başladı. 1974-cü ilə kimi şəhərbəşəhər gəzərək özünə tərəfdar toplamağa cəhd etsə də, buna  tam şəkildə yalnız 1974-cü ildə nail ola bildi. Artıq onun ətrafında məşhur insanlar var idi. Onun yanına Qərbdən tanınmış insanlar- Dayana Ross, Cimmi Karter kimi insanlar gəlirdilər. Artıq onun komunasını 7 min insanı əhatə edirdi.

1981-ci il. O, artıq Amerikadadır. Onun tərəfdarları ona orada böyük ərazi alıb Rajnişpur komunasını qurmuşdular. Növbəti mərhələrdə isə Oşo dünyanın bir çox şəhərlərində özünə mərkəzlər açmaqla məşğul oldu.  Onun Almaniyada, Fransada, Kanada, Rusiya, İngiltərə kimi ölkələrdə mərkəzləri fəaliyyət göstərirdi. Bütün mərkəzlər  11 qadın və 10 kişi olmaqla bir ana mərkəzdən idarə olunurdu. 1984-cü ildə artıq onun 350 min ardıcılı var idi.

Lakin bu sektanı tərk edənləri acınacaqlı tale gözləyirdi. İngiltərəli psixiatr Betti Tilden bu barədə açıqlama verərək bildirmişdi ki, bu sektaya qoşulanlar sonradan normal həyata dönməyə çətinlik çəkirdilər.

O özü necə yaşayırdı?  Oşo tamamilə zəngin bir adam idi. “O Rols-Royslarda və ən bahalı mersedeslərdə gəzirdi, zəngin idi”  (Ли Р., Хиндсон Э. Ангелы обмана. - М.: "Протестант", 1994. - 240 с.). Artıq 1984-cü ildə onun var -dövləti vergilərsiz 200 milyon dolları aşdı. Onun 4 şəxsi təyyarəsi, bir hərbi vertalyotu və 91 ədəd Rols-Roysu var idi. O hər gün yeni bir maşın alırdı. İlin 365 gününə aid hər günə bir yeni maşını olardı. (Привалов К.Б. Секты: досье страха. - М.: Политиздат, 1987.- 191 с ) 

“Radjniş (Oşo) yeni bir insan yaratmışdı. Onun yaratdığı  yeni insan bütün qaydaları və ənənələri çeynəyib keçirdi. O öz zövqlərinin dalınca düşmüş, yalnız özünü təmin etməyə çalışan bir insan obrazı yaratmışdı. Ailə lənətdir, uşaqlar ayağa bağ. Nə qədər ki, əyləncə insanı cəlb edirdi, o əylənirdi. Daha sonra onların marağı buna tamamilə itirdi. Qatillik, zorlanma, insanların sirli şəkildə yoxa çıxması, hədələr, yandırılma, küçələrdə diləndirmə və sonu psixatriyada bitən insanlar. Bunu sonralar o sektadan canını qurtarmış insanlar deyirdilər. Onlar bildirirdilər ki, sekta bütün hakimiyyəti əlinə almışdı və onları idarə edirdi.  (Мартин У. Царство культов. - Санкт-Петербург: СП "Логос", 1992.- 352 с. )

Onun Amerikadakı fəaliyyəti isə daha dəhşətli oldu. O,  komuna qurduğu Oreqon ştatında hətta hakimiyyətə gəlmək istədi, lakin buna nail ola bilmədi.O hətta bu barədə ciddi açıqlama da vermişdi. Bildirmişdi ki,  artıq bu ştatın Rajneşpur adlandırmağın vaxtı çatıb.  (Paris-match, 1985, 8.XI.,McCormac W., Driver B. Rajneeshpuram: Valley of Death? // Oregon Magazin, Sept. 1984.)

O ABŞ-da ilk dəfə olaraq bakteroloji silahın tətbiqi ilə terror aktı törətdi. Bu terror aktından 751 insan zərər çəkdi.( http://en.wikipedia.org/wiki/1984_Rajneeshee_bioterror_attack )

 FTB sektaya qarşı cinayət işi qaldırdı. Onlar axtarış zamanı silah anbarları, narkotika hazırlayan laboratoriyalar aşkarladılar. Bu narkotika sekta üzvlərinin yeməyinə qatılırmış. FTB  yeraltı yol aşkarladı, lakin artıq gec idi. Oşo özü həbs olunsa da, onun əsas işlərini həyata keçirən Şila Silverman Avropaya qaça bildi. Onun bu qaçışı elə də uğurlu alınmadı. O İsveçrə banklarından 55 milyon dolları çəkəndə İnterpol tərəfindən həbs olundu.(Привалов К. Б. Указ. соч. -С. 42-43)  Həbs olunduqdan sonra Şila belə açıqlama verdi “Oşo  ərköyün uşaqdı. O ərköyün uşaq hər ay  cibində 250 milyon dollar olmasa yaşaya bilməz. O narkomandır və valiumsuz yaşa bilmir. O insanların etibarından istifadə edib bunu qazandı. Onun bütün həyatı fırıldaqdan ibarətdir.” (Le Point. 1985.11. XI. Цит. по: Привалов К. 6. Указ. соч. -С. 43)

Oşo ABŞ-dan deportasiya olduqdan sonra 21 ölkə onun girişinə qadağan qoydu.

Oşonun dünya və cəmiyyət haqqında sitatları:

*Kişilər arasında münasibətlər daha harmonikdir. Qadınlar başqa dünyanın insanlarıdır, onlar kişiləri anlamır.

*Mən nigahın əleyhinəyəm. Bütün problemləri yaradan odur. Nigah məndə ikrah oyadır. Dünyada ən iyrənc ənənə nigahdır: o insanları yalana məcbur edir.

*Mən hamiləyəm və uşağı abort etmək istəyirəm. Lakin bu mənə kədər verir. Halbuki kədər keçicidir.

*Ailə insanı əzir. Halbuki komunada uşaq daha geniş bir əhatədə böyüyür və daha çox görür. 


İslamınsesi.

 İslamınsesi

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti