|
Dünyada təkcə türk əsgərinin bacardığı 3 hərəkət var ki, bu da hər kəsi təəccübləndirir. Bunlar inam atəşi təlimi, Solotürk hərəkətləri və Skorski s-70 tipli helikopteri havada döndərməkdir.
Axar.az xəbər verir ki, inam atəşi təlimlərinin məqsədi əsgərlərdə özünə inamı gücləndirməkdir. Dünyada bu atəş təlimlərini təkcə Türkiyənin Bordo Bereli xüsusi təyinatlıları keçir. Bu təlim zamanı iki hərbçi üzbəüz dayanır. Cütlükdən biri müəyyən məsafədən başının üzərində kitab ölçüsündəki hədəfi saxlayır, digər isə atəş açır. Daha sonra yerdəyişmə olur.
Solotürk hərəkətləri Türkiyənin dünya markasıdır. “Solotürk qalxması” və “Solotürk dönməsi” ən məşhur hərəkətləridir. Türk pilotlarının göstərdiyi bu şouları dünyada başqa heç kim bacarmır.
Türkiyə 1999-cu ildə Skorski s-70 tipli helikopter alır. Vertolyotun mühəndisləri xəbərdarlıq edirlər ki, “havada döndərməyə cəhd etməyin, bu, mümkün deyil”. Türk pilotlar isə bu sözlərə gülürlər. Ortaya mərc düşdüyündən baş leytenant Vəcihi İyigün rəhbərlikdən icazə alıb, 5 ton 347 kq olan Skorskini havada döndərir. Hadisə dərhal bütün dünyanın gündəmini zəbt edir.
Daha ətraflı videoda: