|
Rusiya Fələstin dövlətinin müstəqilliyinin tanınması ilə bağlı BMT-də keçiriləcək səsvermədə bu ölkəyə dəstək verəcəyini bəyan edib.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında deyib:
“Fələstin xalqının mövcud vəziyyətinə BMT çərçivəsində yenidən baxılması ilə bağlı tələbin rədd edilməsi üçün heç bir səbəb görmürəm. Dolayısı ilə fələstinlilərə bunu demək istəyirəm: Siz özünüzə uyğun bir seçim tapdığınız zaman, biz də dost olaraq sizi dəstəkləyəcəyik. Nəyin yaxşı olduğunu siz bizdən daha yaxşı bilirsiniz”.