“Yeddi rayonun qaytarılması əslində alver predmetidir. Rusiya rəsmi dairələri deyə bilmədiyini politoloqlarına hər hansı bir yazı ilə dedizdirirlər”.

Bunu Hafta.az-a açıqlamasında politoloq Ərəstun Oruclu son günlər yenidən gündəmə gələn işğal olunmuş yeddi rayonun Azərbaycana qaytarılması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, bu fikir ilk dəfə bir neçə ay əvvəl ABŞ tərəfindən gündəmə gəlib: “Təxminən 2-3 ay əvvəl ATƏT-in ABŞ-ı təmsil edən həmsədri Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayonun qaytarılmasını gündəmə gətirib. Sonradan Vaşinqton bunu Dövlət Departamenti səviyyəsində təsdiq etdi”.

Ərəstun Oruclu bildirib ki, adıçəkilən məsələ istənilən halda həm Qərbin, həm də Rusiyanın Azərbaycana təzyiq vasitəsi kimi başa düşülür: “Ən yüngül formada desək, bu alver predmetidir. Yeddi rayonun qaytarılması, mübahisəli Dağlıq Qarabağ ərazilərinə sülhməramlı yerləşdirmək deməkdir. Həmçinin, Rusiyanın niyyəti bu məsələni yenidən gündəmə gətirməklə, Azərbaycanı Gömrük İttifaqına gətirmək istəyir. Bundan başqa, Kremlin yeddi rayonu qaytarmaq ismarışında Moskvanın Xəzərin Azərbaycan sektorunda möhkəmlənmək niyyəti var. Düşünürəm ki, istənilən halda Azərbaycan bunların heç birini qəbul etməməlidir”.

Politoloq Azərbaycanın Rusiyanın gündəmə gətirdiyi “yeddi rayon” şərtinə uymamasının səbəblərini də açıqlayıb: “Rusiya 7 rayonu qaytarmağın əvəzində Dağlıq Qarabağla təmas xəttimizə “sülhməramlı” yerləşdirmək istəyir. Bu da Rusiya qoşunlarının Azərbaycan ərazisinə yeridilməsi deməkdir.  Onlar bununla da vəziyyəti daha yaxından “idarə etmək” istəyir. Bir sözlə, rus ordusu Qarabağa gələrsə, onları çıxarmaq da çətin olacaq. Bundan başqa, Azərbaycan diplomatik səviyyədə də münaqişəni uduzmuş olacaq. Çünki bununla biz Qarabağın hüquqi olaraq Azərbaycan torpağı olduğunu şübhə altında qoymuş oluruq. Xəzərdə möhkəmlənmək əvəzinə yeddi rayonun qaytarılması məsələsi də bizim xeyrimizə deyil. O zaman da ölkəmiz iqtisadi cəhətdən öz maraqlarına ciddi zərbə vurmuş olacaq”.

Xatırladaq ki, son bir həftə ərzində Rusiya mediasında ard-arda rus politoloqları tezliklə Azərbaycanın işğal altında olan yeddi rayonunun qaytarılması məsələsini gündəmə gətirib. Onlar bu məsələnin qarşılıqlı razılaşma əsasında mümkün olduğunu bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı Hafta.az-a açıqlamasında məsələyə Azərbaycanın mövqeyinin birmənalı olduğunu bildirib: “Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar mövzusu ola bilməz”.

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti