|
Türkiyədə kürd yönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş həbs edilə bilər.
Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, S.Dəmirtaş ölkənin cənub vilayətlərinin sakinlərini kütləvi iğtişaşlara çağırmaqda ittiham edilir.
Daha əvvəl verilən məlumata görə, başda S.Dəmirtaş olmaqla HDP kürd əhalini Ankaranın Suriyanın Kobani şəhərindəki hadisələrə müdaxilə etməmə siyasətinə qarşı çıxmağa çağırmışdı. Kobanidə son günlər kürdlər və "İslam Dövləti" silahlıları arasında döyüşlər gedir.
Bununla əlaqədar kürdlərin Türkiyədə keçirdiyi etiraz aksiyaları nəticəsində 36 nəfər ölüb.