“İŞİD” qüvvələri Suriyanın sərhədyanı Kobani şəhərində Qərb ölkələrinin endirdiyi hava zərbələri səbəbindən ələ keçirdikləri ərazilərdən geri çəkilmək məcburiyyətində qalıblar.
Şəhər administrasiyasının nümayəndəsi İdris Nasanın verdiyi məlumata görə, son günlərədək şəhərin 1/3 hissəsinə nəzarət edən terrorçular hazırda yalnız bir neçə evi əllərində saxlaya biliblər. Nasan kürd özünümüdafiə dəstələrinin daha çox silah-sursata ehtiyacı olduğunu vurğulayıb.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu hökumətin Kobani məsələsində hərəkətsizliyini ittiham edən tənqidçilərə cavabında bildirib ki, Ankara bu məsələdə tək addım ata bilməz.
NATO rəhbəri Yens Stoltenberq ilə danışıqlar zamanı Mövlud Çavuşoğlu Suriyanın sərhədyanı ərazilərində uçuşsuz zonası yaratmağı təklif edib.