|
Abdulla Öcalan İŞİD-in Kobaniyə hücumları ilə bağlı tərəfdarlarına göstəriş verib. Analitik.az xəbər verir ki, o, Kobani uğrunda kürdlərin sona qədər müqavimət aparmalı olduğunu deyib.
“İŞİD-ın olduğu yerdə və kürdlərin yaşadığı bölgələrdə, harada İŞİD varsa, sonuna qədər onlarla mübarizə ediləcək. Sona qədər müqavimət göstərəcəyik, İŞİD-ə heç bir güzəştə getməyəcəyik. Bu, süni bir təşkilatdır, onu dəstəkləyən hökumətlərə və insanlara sabah İŞİD böyük problem olacaq. Bu bəla onlara da çatacaq. Demokratik ölkələrdən əgər kim İŞİD-i dəstəkləyirsə, ən böyük zərəri elə o görəcək”.
Qeyd edək ki, bu bəyanatı Öcalanın qardaşı onunla həbsxanada görüşəndən sonra səsləndirib.