|
Erməni tərəfi işğal altındakı Kəlbəcərdə öldürülən mülki şəxs, Azərbaycan vətəndaşı Həsən Həsənovun cəsədini verməyə hazır olduğunu bildirib.
Teleqraf.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni saytlarından biri qarşı tərəfin əsir və itkin düşənlərlə iş üzrə komissiyasına istinadən xəbər yayıb.
Məlumatdan belə çıxır ki, erməni tərəf ölənin şəxsiyyətini duya təzəcə müəyyən elədiyi üçün belə bir təklifdə bulunub.
Xatırladaq ki, bu ilin yayında Şahbaz Quliyev, Dilqəm Əhmədov və Həsən Həsənov Kəlbəcərə - öz doğma yurdlarını ziyarət üçün getdikləri zaman erməni işğalçı əsgərləri ilə rastlaşıb. Bu zaman Həsən Həsənov həlak olur, Dilqəm Əhmədov və Şahbaz Quliyev isə əsir götürülürlər.