|
ABŞ Prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı çxışında Azərbaycanın adını Çin və Venesueliyla birlikdə çəkərək Azərbaycanda da QHT- lərin fəaliyyətlərinin çətinləşdirilməsini tənqid edib.
Teleqraf.az-ın əməkdaşı birbaşa prezidentin ortaya qoyduğu tənqiddən sonra ABŞ-ın Azərbaycanla bağlı siyasətində hansı ciddi bir dönüş gözlənilirmi sualı ilə KXCP Sədrinin müavini Xəzər Teyyublunun münasibətini öyrənib.
Xəzər Teyyublu ABŞ kimi dövlətin prezidentinin Azərbaycan haqqında bildirdiyi möveyini ciddiyə almaq lazım olduğunu deyərək bunları bildirdi:
“ Əlbəttə ABŞ kimi dövlətin başçısının Azərbaycan haqqında və burda ictimai qurumlarlar və insan haqlarının pozulmasına yönəlik möve sərgiləməsi ciddiyə alınmalıdır. Azərbaycana Rusiyadan edilən Gömrük ittifaqına daxil olması üçün təklifi inkşaf etdikcə Qərbin Qafqazı diqqətə alması başadüşüləndir. Ona görə də insan hüquqları normalarına dair beynəlxalq əhəmiyyətli öhdəlikləri yerinə yetirmək kimi məsuliyyətli olması iqtidar üçün çox vacibdir. Rusiya tendensiyası gündəlikdə olduğundan Azərbaycan üçün beynəlxalq birliklərin tələbləri artacaq."