|
BMT -nin toplantısında iştirak edən İngiltərə baş naziri Devid Kemeron və İran prezidenti Həsən Ruhani görüşüblər.
Görüşdə İranın İŞİD-lə müharibədə ABŞ koalisiyasına dəstəyi məsələsinin müzakirə olunduğu bildirilir.
Qeyd edək ki, bundan öncə, Devid Kameron açıqlamasında , İŞİD-ə qarşı müharibədə İranın rolundan danışmışdı. Kameron İranla əlaqələrin bərpa olunmasının tərəfdarı kimi çıxış etmişdi. Məhz bundan sonra, İngiltərənin İranda konsulluğunun qurulması barədə qərar da verilmişdi.