|
Tərtər çayında balıqlar kütləvi şəkildə qırılır.
Teleqraf.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, çay kənarında çoxlu balıq leşinə rast gəlinib və onların ölümünə səbəb kimi də ermənilər göstərilir.
Çünki Tərtər çayı mənbəyini işğal altında olan Sərsəng su anbarından götürür. Ermənilər çaya zəhərləyici-kimyəvi maddələr axıdır və balıqlar ölür.
Sakinlər bildirir ki, suyun zəhərli olması digər heyvanlara da təsir edə bilər. Odur ki, çay suyundan təsərrüfatda istifadə edənlərə diqqətli olmaq tövsiyə edilir.
Qeyd edək ki, Tərtər çayının suyundan adıçəkilən rayon da daxil olmaqla Bərdə və Goranboyun sakinləri də istifadə edir.