Siyasi Partiyaların Demokratiya və İnsan Haqqları Mərkəzi Azərbaycanda demokratiyanın vəziyyəti mövzusunda konfrans keçirib.

ADP-nin mərkəzi qərərgahında keçirilən konfransda KXCP, Müsavat, “Ümid” ADP  və ümumilikdə 16 təşkilatın nümayəndələri iştirak edir. Teleqraf.az-ın həmin iclasda olan əməkdaşının  verdiyi məlumata görə İclasa KXCP Sədri Mirmahmud Mirəlioğlu sədirlik edir.

Tədbir dövlət himninin səslənməsi ilə başlanıb . Bundan sonra Xalq Cümhuriyyətinin qurucuları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

KXCP Sədri Mirmahmud Mirəlioğlu çıxış edərək tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib.  Azərbaycanda olan avtoritar rejimdən danışan KXCP Sədri onu da bildirdi ki, konfransa parlamentdə təmsil olunan partiyalar, həmçinin hakim partiya olan YAP -da dəvət olunub.  Bundan sonra KXCP Sədri çıxış üçün sözü Müsavat başqanı İsa Qəmbərə verib.

Çıxış edən Müsavat başqanı bildirib ki, ki, mövcud rejim ölkədə demokratiyanı məhdudlaşdırmaq yolunu tutub. O, fakt kimi sadəcə Konstitusiyanın dəyişdirilməsini, iki dəfə keçirilən referendumu göstərib.

“Biz nə edəcəyimizi müzakirə etməliyik. Bu, demokratiyanın qarşısının alınması rejimin seçimidir, özünün rəva gördüyü yanaşmadır. Günahı ilk növbədə rejimdə görməliyik. Həmçinin daxili və xarici amillər var”. İ.Qəmbər beynəlxalq təşkilatları da bu məsələdə qınayıb. Demokratiyanın qarşısın alan Rusiyadır, Moskva belə istəyir deyən İsa Qəmbər, buna baxmayaraq Azərbaycanda demokratiyanın inkişafı üçün yenidən bir başlanğıc edəcəyik”,- deyə Müsavat başqanı dəyişikliklərin yaxında olduğunu vurğulayıb.

Daha sonra çıxış edən “Ümid” partiyasının sədri İqbal Ağazadə bildirib ki, demokratiya təkcə qərbin işi deyil, cəmiyyətimiz dəbu işlərdə aktiv olmalıdır. İlk öncə  “nə etməli” sualına cavab axtarmaq lazımdır: “Cəmiyyətə açıq olmalıyıq. Xalq bu prosesə cəlb olunmalıdır. Kim nə qədər mübarizə apara bilirsə, o siyasi təşkilatlarla o qədər irəliləmək lazımdır. Xalq prosesin içinə alınmayacaqsa, məğubiyyət qaçılmazdır. Funksional əməkdaşlıq üçün bizə heç nə mane olmamalıdır. cəmiyyətdə bir siyasət qorxusu var: “Bu qorxu götürülməlidir və daha çox insan bizim sıralarımıza cəlb olunmalıdır”.  

Daha sonra çıxış edən “Azadlıq” Partiyasının sədri Əhməd Oruc  bildirib ki, demokratik inkişafı təmin etmək üçün ilk öncə polemikalara açıq olmaq lazımdır: “Bu məsələləri müzakirə etməliyik, bundan çəkinməli deyilik”.

çıxış edən “Aydınlar” Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qeyd edib ki, heç kim bizim əvəzimizə gəlib demokratik mühit yaratmayacaq: “Vuruşuruq, biz vuruşacağıq. Sıradan çıxanlar var, ağırdır, bunu bilirik. Amma bu yolda yürümək lazımdır”.

“Vəhdət” Partiyasının sədri Tahir Kərimli isə müxalifəti qabiliyyətsizlikdə ittiham edib. “Niyə xalq sizi dəstəkləmir? Ya xalq müdrik deyil, ya da müdrikdirsə, niyə sizi dəstəkləmir? Niyə indiyədək heç bir lider demir ki, mən hakimiyyətə gəlsəm, siyasi sabitliyi bərpa edəcəm. Niyə boyun olmurlar? Hərdən çaşıb mən də özümü müxalifətə aid edirəm. Məni iqtidarın adamı adlandırırlar. Buna görə qorxumdan “feysbuk”a girə bilmirəm”.

Bu isə tədbirdə bir qədər gərginlik yaradıb. Müsavat başqanı İ.Qəmbər yenidən söz alaraq deyib ki, xalq müxalifəti dəstəkləyir və elə ilk demokratik seçkidə buna şahid olmaq olar: “Cəmiyyət dinc yolla dəyişikliyə etimadı itirib, buna görə proseslərə qoşulmur”.  

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirib ki, müxalifət daxili yarışdan imtina etməlidir. Həmçinin hakimiyyətlə dialoq və əməkdaşlıq yolunu hər zaman vurğulamaq lazımdır.  

AXP sədri Pənah Hüseyn güclənmək lazım olduğunu deyərək bildirdi ki, “kütlənin passivliyi siyasətçilərin passivliyindən keçir. Bu gün bu fəallaşmanın proqramı verilir”.Pənah Hüseyn kütləvi aksiyaların keçirilməsinin müzakirə edilməsini də təklif edib.   

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, demokratiyanın vəziyyətini, Azərbaycan cəmiyyətindəki vəziyyəti bilməyən yoxdur. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti 2009-ci ildə bir nəfərin iki dəfə prezident seçilməsi qadağasını ləğv etdikdən sonra Azərbayacan cəmiyyəti ilə əlaqədar siyasi baxışlarını dəyişib: “İmitasiyaya ehtiyac görmür artıq”.











Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti