2021-ci ilə qədər neftin barrelinin qiyməti 60 dollardan yuxarı qalxmayacaq. Novator.az-ın məlumatına görə, Beynəlxalq Valyuta Fondunun oktyabrın 19-da yayılan məruzəsində belə deyilir.

Proqnoza əsasən, 2016-cı ildə neftin barrelinin orta qiyməti 43 dollar təşkil edəcək, 2017-ci ildə 51 dollara qədər yüksələcək, sonrakı illərdə artım məhdud olacaq.

Oktyabrın 19-da Nyu-York birjasında “Layt” markalı neftin barreli 50,29 dollara, London birjasında “Brent” markalı neftin barreli 51,68 dollara satılır. “AzəriLayt” markalı neftin barrelinin qiyməti isə 52,16 dollardır.

Xəbər lenti