Elxan Mehdiyev

Yadımdadı,1994-cü ilin sentyabr ayının 20-də “Əsrin kontraktı” ad ilə tarixə düşən neft kontraktı imzalananda cəmiyyət olaraq çox ümidli idik.Niyə də ümidli olmayaydıq?Kasıb,valyutasız ölkəmizə bir neçə ildən sonra neft dollarları axacaqdı.Min-bir zillətlə,növbəyə duraraq aldığımız çörək bol olacaqdı,gəlirlərimiz o qədər artacaqdı ki,aylıq gəlirimiz az bir hissəsi ilə bir neçə kisə un ala biləcəkdik və yaxud gəlirlərimizin çox cüzi hissəsi çörək almağa sərf olunacaqdı.Dövlətimiz varlanacaqdı və ordumuz o qədər qüvvətlənəcəydi ki,işğal olunmuş torpaqlarımızı azad edəcəkdi.Ölkəmiz Norveç,Küveyt səviyyəsində olacaqdı.Qısası tunelin o biri tərəfində çox parlaq işıq görünürdü...Amma deyir sən saydığını say,gör fələk,yox daha doğrusu YAP hakiiyyəti nə sayır.Biz nə Norveç olduq,nə Küveyt.Biz heç Gürcüstan ola bilmədik.Biz olsa-olsa Nigeriya olduq.Bizə Afrikanın banan ökələri lağ etdi.

   Bu 22 il ərzində ölkəyə 100 milyarddan çox valyuta gəldi.Bəs bu fantastik məbləğ bizlərin rifahını yüksəltdimi?Arzularımız çin oldumu?

Xeyr! Bu müddət ərzində yaşayımız daha da çətinləşdi,acınacaqlı hala düşdü.Maaş və pensiyalar ancaq yavan çörək yeməyə bəs etdi.Ölkədə avtoritar rejim daha da sərtləşdi.İqtisadiyyatda monopoliya dözülməz həddə çatdı.Ölkə oliqarxların əsirinə çevrildi.İnsanlar sosial problemlərə görə intihar yolunu seçməyə məcbur oldular.Xalq dolanışıq ucbatından ölkəni kütləvi surətdə tərk etməyə məcbur oldular.

Bəs Qarabağ? Qarabağı və digər işğal ediliş torpaqlarımızı azad edə bildikmi?Xeyr! Bu da olmadı,torpaqlarımız kim bilir daha neçə illər işğalda qalacaq...

 Ölkədə mövcud olan gömrük və iqtisadi monopoliya azad iqtisadiyyatı yox elədi.Oliqarxların nəzarətindən kənar kimsə ölkəyəheç nə gətirə bilmir.Bu da qiymətlərin süni şəkildə çoxalmasına səbəb olur.

     Bəs bunun sonu olacaqmı? Bunun bir sonu var: Bu hakimiyyət ya köklü islahata getməlidi ya da getməlidir!