Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Aqil Alışovun xatirəsini əbədiləşdirmək məqsədi ilə Kürdəmir rayon Qarabucaq qəsəbəsində yaşadığı evin qarşısına onun barelyefi vurulub.

Sozcu.az-ın xəbərinə görə, tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Ələsgərli, rayon veteranlar şurasının sədri Məhəmməd Hidayətov, Qarabucaq qəsəbəsinin icra nümayəndəsi İlham Allahverdiyev, "Teleqraf İnformasiya Agentliyi"nin təsisçisi Xəzər Teyyublu, şəhidin döyüş yoldaşları Gəray Həsənov və Seymur Seyidov iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Ələsgərli çıxış edrək dövlətin şəhid və qazi ailələrinə diqqətindən danışıb işğal altında olan torpaqların azad ediləcəyini vurğuladı.

Tədbirdə Qarabucaq kənd məktəbinin şagirdləri şəhidlərə həsr edilmiş şerləri oxudular.

Çıxış edən "Teleqraf İnformasiya Agentliyi"nin təsisçisi Xəzər Teyyublu bildirdi ki, "o zaman şəhidlərimizin ruhları şad olacaq ki, torpaqlarımız azad ediləcək".

Şəhid Aqil Alışovun qardaşı İlham Alışov çıxışında tədbirə qatılanlara təşəkkür etməklə bərabər, torpaqlarımızın azadlığı uğrunda başlayacaq savaşa hər zaman hazır olduğunu bildirdi.
Tədbirdə Şəhidin döyüş yoldaşları Aqil Alışov haqqında xatirələrini bölüşdülər.
Tədbirin sonunda şəhidlərin adına ehsan süfrəsi açıldı.

Şəhid çavuş Aqil Alışov 1973-ci ilin noyabr ayının 26-da rayonun Qarabucaq kəndində anadan olub, 1990-cı ildə Qarabucaq kənd tam orta məktəbini bitirib. 1992-ci ildə hərbi xidmətə gedən Aqil, Vətənin ağır günündə ön cəbhəyə yollanıb . O, pulemyot batalyonunda Ağdam, Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, öz sücaəti ilə bir çox döyüş yoldaşlarını xilas etmişdir. Elə bu qəhramanlıqlarına görə də cəbhə yoldaşları ona “Nəbi” adını vermiblər.

Sonda şəhidin qardaşı İlham Alışov və anası Nahizə Alışova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Elşən Əlisoy
Fotolar müəllifindir




Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb. Hökümət isə bu ciddi qiymət artımının qarşısını almağa çalışmır.

Dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanın neftdən aslı olan iqtisadiyyatına ciddi zərər vurmaqda davam edir. Ard-arda baş verən develivasiyalar və bunun nəticəsində onsuz da az olan iş yerlərində baş verən kütləvi ixtisaralr vətəndaşlarımızın ağır olan sosial durumunu daha da ağırlaşdırılmasına səbəb olub.

Getdikcə ağırlaşan iqtisadi problemlərin qarşısını almaq üçün ölkəni neft aslılığından qurtararaq, qeyri neft sektorunun inkaf etdirilməsinə çalışmaq lazımdır. Ancaq neftdən aslılığı aradan qaldırdıqdan sonra iqtisadi inkşafa nail olmaq olar. Bunun üçün isə hökümət özündə güc taparaq iqtisadi monopoliyanın kökünü kəsməlidir.

Çox təəssüf ki, Azərbaycan hakimiyyətinin başı dövlətin büdcəsini talamağa elə qarışıb ki, qarşıda bizi gözləyən təhlükələri görmək imkanlarını itiriblər.

Hökümət gözünü açmalı və ölkənin neft sektorundan aslılığını aradan qaldırmalıdır. Regionların inkşafı və iqtisadi islahatların həyata keçirilməsi baş verməzsə, ölkəni çox acınacaqlı şərait gözləyir. Getdikcə baş verən iqtisadi və sosial problemlərin artması Azərbaycan vətəndaşlarının ölkəni tərk edərək, yaxın dövlətlər olan Rusiayada və Türkiyədə ucuz işçi qüvvəsi olaraq çalışmağa məcbur edəcəkdir.

Unutmayaq ki vətəndaşımızın rifahı, dövlətimizin rifahının ayrımaz hissəsidir.

Elxan Mehdiyev


Dünya təcrübəsi ilə müqayisədə Azərbaycan hökumətinin körpələrə münasibəti utancvericidir; Natiq Cəfərli: “Bir müddət sonra demoqrafik vəziyyət kəskin pisləşə bilər”

Azərbaycanda yeni doğulan körpə üçün birdəfəlik müavinət 90 manat, yeni doğulan buzov üçün isə ayrılan vəsait 100 manatdır. Yəni dünyaya gələn uşağa görə 1-ci, 2-ci, 3-cü və s. övlad olmasından, təbii doğuşla, yaxud süni mayalanma ilə doğulmasından asılı olmayaraq 90 manat ayrılır. Süni mayalanma ilə əmələ gələn buzova görə isə fermerə 100 manat subsidiya verilir.

Ardını oxu...


Azərbaycanın 26 rayonunda noyabr-dekabr aylarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçənlər üçün əməkhaqqı sisteminin yeni qayda ilə hesablanmasına gələn ildən başlamaq nəzərdə tutulur.

Ardını oxu...

Xəbər lenti