Xatırlayırsınızsa, hakimiyyət dəyişikliklərinə 3 şərtin zəmin yaratdığını yazmışdım. Təkrar edirəm:

 

1. Cəmiyyətdə hər kəs dəyişiklik istəməlidir.
2. Hər kəs özünün dəyişməsinə nail olmalıdır.
3. Dəyişikliyi idarə edən liderlər meydana çıxmalıdır.

İndi baxın görün, Ramiz Mehdiyev son məktubunda nələr yazır: “ziyalıların konyuktura uyğun formalaşdırılması ənənəsinin kökü kəsildikcə, tədricən azad, öz baxışı və iradəsi olan yaradıcı nəsillər yetişəcəkdir. Belə dəyişikliklər zaman məsələsidir və onlar mütləq baş verəcək. Təbii ki, bu o demək deyil ki, cəmiyyətimiz əl-qolunu sallayaraq fəaliyyətsiz qalmalı və yeni dövrün intizarını çəkməlidir. Cəmiyyətimiz təfəkkürünü islah etmək, mədəniləşmək, mənəviyyatını saflaşdırmaq, intellektini artırmaqla özü bu dövrü yaxınlaşdırmalıdır. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: “Hər hansı bir qövm öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz”. (Rəd surəsi, 11-ci ayə)”.
Deməli, hətta ölkəni bərbad günə salan Ramiz Mehdiyev də dəyişillik istəyir və hər kəsi özünü dəyişməyə çağırır.

Qubad İbadoğlu,
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri,