Milli Şura və AXCP aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini boykot etmək barədə qərar qəbul edib.

 Teleqraf.az bildirir ki, bu barədə AXCP sədri Əli Kərimli bəyanatla çıxış edib: “AXCP və Milli Şurada seçki ilə bağlı ciddi müzakirə apardıq. Milli Şura xalqı bu prosesdə iştirak etməməyə çağırır”-deyə Ə.Kərimli vurğulayıb.

Milli Şurada bu gün keçirilmiş müzakirələr nəticəsində dinc kütləvi mitinqlərə başlamaq qərara alınıb: “Mart ayından başlayaraq xalqı dinc etiraz aksiyalarına çağırırq”– deyə AXCP sədri müraciətində qeyd edib.