Xalq artisti Aygün Kazımovanın prodüseri Roland Bayramov şou-biznesdə daha bir müğənni ilə çalışmağa başlayıb. Bu barədə Teleqraf.az-a R.Bayramovun özü məlumat verib. O, bildirib ki, “Yeni ulduz” yarışmasının yadda qalan iştirakçısı Türkan Heydərova ilə çalışacaq: “Ümumiyyətlə mən şou-biznesdə baş verən bir çox proseslərdən uzağam. Qalmaqaldan, səs-küydən kənar gəzən insanam. Yalnız yeni proyektlər olduğu zaman bunu jurnalistlərlə bölüşməyi üstün tuturam. Boş-boş danışmaq əvəzinə, yeni iş təqdim etmək lazımdır. Xalq artisti Aygün Kazımova ilə də işbirliyimiz davam edir. Eyni zamanda Türkanla da çalışıram və birgə yeni layihələrə imza atacağıq. Öncədən söyləməyim, sürpriz olsun”.

Ardını oxu...

Xəbər lenti