E. L. Ceymsin romanından ilhamlanaraq ərsəyə gələn “Fifty shades of grey” (Bozun 50 çaları) adlı istehsalın ikinci filmi “Fifty shades darker” ( Qaranlığın 50 çaları) gələn il tamaşaçılara təqdim olunacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, filmin təqdimatı 10 fevral tarixində baş tutacaq.

Dakota Johnsonun canlandırdığı Anastasia Steele və Jamie Dornanın oynadığı Christian Grey obrazlarının şəhvət oyunu davam edəcək.

Artıq filmin tanıtım çarxı yayımlanıb və 24 saat rəzində 114 milyon dəfə izlənilib.

Bu, kino tarixinin ən böyük rekordlarından biri hesab edilir.

Xatırladaq ki, dünyanın 52 dilinə tərcümə edilən, 100 milyon nüsxəsi satılmış “Bozun 50 çaları” kitabı əsasında çəkilən film eroptik səhnələrinə görə bir çox ölkələrdə etirazla qarşılanmışdı.

Xəbər lenti