Azərbaycanlı model Sevda Quliyeva həmkarı Sevinc Şirinovla barışığından danışıb.

Teleqraf.az-a açıqlama verən cazibədar model bildirib ki, 3 ay küsülü olduğu model və aktrisa S.Şirinova ilə artıq münasibətləri normaldır: “Əvvəllər aramızda inciklik olmuşdu. Mən müdafiə olunan tərəf idim. Amma hər insan arasında anlaşılmazlıq ola bilər. Sevinc mənim üçün hər zaman qəlbimdə olub və mən küsməmişdim, böyüyən söz-söhbətin kimlər tərəfindən qızışdırılmasını çözələyəndə məlum oldu ki, hər ikimizə bir-birimiz haqda yalandan məlumat verən insanlar olub ortada. Amma yenədə olmadı çünki Sevincin çox gözəl qəlbi var. İnanıram ki, bundan sonra hər şey yaxşı olacaq. Yaxın günlərdə yeni ləyihəmiz olacaq”.

Xəbər lenti