Azərbaycanın tanınmış müğənnisi Əminə Şirinqızı  Türkiyənin UcanKuş” TV-də yayımlanan ən məşhur şoularından olan “Yetenek Avı”da qonaq olub.

Teleqraf.az xəbər verir ki, aparıcı Sevgi Özkan onu “Azərbaycanın Şahanə səsi” kimi təqdim edib.

Əminə   söz və musiqi müəllifi Murad Arifə məxsus “İstanbul”, türkiyənin divası Ajda Pekkanın repertuarından  “Palavra”,  türkiyənin məşhur  müğənnisi Kibariyenin  repertuarından  “Yastayım” və azərbaycan mahnısı “Əziz dostum”u səsləndirib. 

Qeyd edək ki, mügənninin verlişdə azərbaycan dilində canlı ifa etdiyi  "Əziz dostum” adlı mahnı böyük alqışlarla qarşılanıb.

Xəbər lenti