Oktyabrın 30-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik komandirləri, o cümlədən digər məsul zabitlər isə müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.
Əvvəlcə qardaş Türkiyə Respublikasının hərbi qulluqçularını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların xidmət və məişət şəraiti, o cümlədən mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi istiqamətində aparılan işlər barədə bir daha ətraflı məlumat verilib.
Müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərindəki hazırkı vəziyyət təhlil edilib.
Nazir, Azərbaycan Ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması, onlara təhlükəsizlik qaydalarının çatdırılması və bu qaydalara əməl olunmasına ciddi nəzarət edilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.
General-polkovnik Z.Həsənov qış mövsümünü nəzərə alaraq bölmələrin fəaliyyətinin, xüsusilə dağlıq ərazilərdə xidmət edən bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması məsələlərinin diqqətdə saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.



Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb.

Tehsil.biz xəbər verir ki, 212 nömrəli tam orta məktəbin 6 müəllimi və 5 şagirdində COVID-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edək ki, əyani tədris bərpa olunandan bu günə qədər Bakıda və regionlarda şagird və müəllimlərin koronavirusa yoluxması səbəbindən bir çox təhsil müəssisəsində dərslər distant formaya keçirilib.





Sabah Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.

APA-nın məlumatına görə, 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bir necə gündür, ölkədə Anım Gününə hazırlıqlar gedir. Artıq Bakının bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədilə eyvanlardan bayraqlar asılıb.

Bütün vətəndaşlarımızı bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs Anım Günündə eyvanından bayraq asaraq 44 günlük müharibədə olduğu kimi, döyüşlərin ildönümündə də həmrəyliyini nümayiş etdirə bilər.

Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.



Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1734 yeni yoluxma faktı qeydə alınıb, 3 378 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 472 719 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305 nəfər vəfat edib, aktiv xəstə sayı 32 319 nəfərdir.
Ölkədə son sutka ərzində 12 780, hazırkı dövrədək isə 4 744 161 test aparılıb.












Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib ki, yeni konsepsiyaya əsasən, taksilərdə pərakəndə qiymətin olmaması müzakirə edilir:
“Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olmaq niyyətində deyil. Qurum yalnız taksilərin fəaliyyətinə nəzarət edəcək. Taksilərdə kilometrə görə qiyməti aidiyyəti dövlət qurumu həyata keçirməlidir. Həmin qurumlar kilometrə görə qiymət müəyyən edəcək və bütün taksilər eyni qiymətlə fəaliyyət göstərəcək…”

Ardını oxu...

Xəbər lenti