Kanadanın "Arton Capital" konsaltinq şirkəti dünya pasportlarının reytinqini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, reytinqdə Azərbaycan 61-ci yerdə qərarlaşıb.

Belə ki, Respublika vətəndaşları 33 ölkəyə vizasız giriş əldə edə bilər, 48 ölkədə vizanı təyyarədən düşən zman, 117 ölkədə isə əvvəlcədən almalıdır.

Reytinqin lideri BƏƏ pasportudur. Onun sahibləri 125 ölkəyə vizasız gedə bilir. Daha 55 ölkədə vizanı getdikləri ölkəyə girən zaman ala bilirlər. Yalnız 18 ölkədə viza əvvəlcədən alınmalıdır.

İkinci yerdə Almaniya, İsveç, Finlandiya, İspaniya, Lüksemburq, Fransa, İtaliya, Hollandiya, Avstriya, İsveçrə və Cənubi Koreya qərarlaşıb. Bu ölkələrin vətəndaşları 23 ölkəyə səfər edərkən əvvəlcədən viza üçün müraciət etməlidirlər.

Üçüncü yeri Danimarka, Belçika, Portuqaliya, Norveç, Polşa, İrlandiya, Böyük Britaniya və Yeni Zelandiya tutur (onlar üçün 24 ölkədə məcburi viza tələb olunur).

Qeyd edək ki, reytinq pasport sahibinin vizasız səfər edə biləcəyi və hava limanına düşən zaman viza ala biləcəyi ölkələrin sayına əsasən tərtib olunub.

Milli.Az





Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Yanğın mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.



Həbsdə olan İmanov Natiq Tofiq oğlu beynəlxalq insan haqları təşkilatlarına müraciət edib. TİA.Az-a daxil olan müraciətində N.İmanov deyir ki, 2018-ci ildə Dövlət Gömrük Komitəsinə yeni rəhbər təyin olunduqdan sonra onun şəxsi maraqlarının qurbanı olub.
Məhbus bildirir ki, 2006-cı ildən işlədiyi Dövlət Gömrük Komitəsində vəzifələrindən biri gömrük orqanlarında maliyyə sahəsində baş verən nöqsanları aşkara çıxarmaq olub:
“Bu da gömrük rəhbərliyinin maraqlarına uyğun olmayıb. Bu səbəbdən gömrük əməkdaşlarının təhrikedici hərəkətləri nəticəsində beş il müddətinə azadlıqdan məhrum olunmuşam.



Barəmdə keçirilən məhkəmələrə kənar müdaxilə olduğundan ədalətli mühakimə hüququmdan məhrum olmuşam. Aidiyyəti dövlət orqanlarına əsaslandırılmış faktlarla göndərdiyim müraciətlərin heç bir müsbət nəticəsi olmayb. Ombudsman daxil olmaqla, heç bir dövlət orqanı şikayətlərimdə göstərilmiş halların araşdırılmasına cəhd etməyib. Sizdən pozulmuş hüquqlarımın bərpa olunmasına və adımın “siyasi məhbuslar” siyahısına salınmasına köməklik göstərməyinizi xahiş edirəm”.
2006-cı ildən etibarən Dövlət Gömrük Komitəsində (DGK) xidmət edib. Rəhbərlik tərəfindən təşəkkür, fəxri fərmanlarla, xüsusi rütbələrlə və nəhayət, 2016-cı ildə “10 illik qüsursuz xidmətə görə döş nişanı” ilə təltif olunub.
Cinayət materiallarından məlum olur ki, DGK-nın Əməliyyat İdarəsinin rəis müavini vəzifəsinə yeni təyin olunmuş Rafael Əhmədov və dostu Mansur Zeynalov Natiq İmanovun həbs olunmasında əsas şahiddirlər. Şahid ifadələri Natiq İmanovun rüşvət aldığını təsdiqləsə də, təqsirləndirilən şəxs əksini söyləyir.
İfadəsindən belə məlum olur ki, iş yoldaşı kimi yaxın münasibəti olduğu Mansur Zeynalov ona zəng edərək görüşmək istədiyini deyib. Görüşdə isə rayona gedəcəyini bildirib və şəxsi pulunu ona əmanət edib.
Natiq İmanov da həmin pulla yaxalanıb. Sonradan müdafiə tərəfi Rafael Əhmədovla Mansur Zeynalovun birgə planı nəticəsində əməliyyatın həyata keçirildiyi qənaətinə gəlib.




Xəbər lenti