Bakının Binəqədi rayonunda bir nəfər müəmmalı şəkildə dünyasını dəyişib.

 "Report" xəbər verir ki, Beynəlxalq Avtovağzal yaxınlığında, Rəşid İsmayılov küçəsində naməlum şəraitdə baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər alan 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu tapılıb.

O, ərazidə xidmət aparan polislərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov dünyasını dəyişib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi əməkdaşlarının ilkin məlumatına görə, o, döyülüb. Bununla belə, hadisənin dəqiq səbəbləri araşdırılır.

M.Əhmədov Qarabağ müharibəsi əlili olub.

Xəbər lenti