İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan nümayəndəliyinin toplantısında diaspor fəalı İlhan Aşkının hüquqlarının müdafiə olunması ilə bağlı müzakirələr keçirib. İlhan Aşkın Hollandiyadakı Azərbaycan Türk Mədəniyyət Dərnəyinə rəhbərlik edir, bu günə qədər Azərbaycanın və Türkiyənin haqq işinə xidmət göstərir, qondarma “erməni soyqırımı” iddialarının, Qarabağda erməni işğalı, terrorçuluğunun ifşa olunması istiqamətində yorulmadan çalışır. Ermənilər indi Hollandiya məhkəmələrinə təzyiq edərək, əsassız iddialarla onu cəzalandırmağa çalışırlar.

Teleqraf.az xəbər verir ki, Beynəlxalq Forumun təmsilçiləri Akif Nağı, Mehdi Mehdiyev, Emin Həsənli, Mətanət Əsgərqızı, Naibə Behbudova, Sultan Əliyev, Mehriban Abdullayeva, Füruzə Əsədullayeva, Şərqiyyə Dadaşova, Cəsarət Hüseynzadə və digərləri çıxış edərək diaspor fəalının müdafiəsi üçün təkliflərini veriblər, Azərbaycan dövləti və cəmiyyətinin onu müdafiə etməli olduğunu vurğulayıblar. Toplantıda İlhan Aşkının müdafiəsi ilə bağlı bir sıra tədbirlərin, o cümlədən Hollandiyanın Azərbaycandakı səfirinə müraciət, bu mövzuda hüquq müdafiəçilərinin iştirakı ilə dəyirmi masanın keçirilməsi, vəkillərin tutulması və sair tədbirlərin həyata keçirilməsi üçün qərarlar qəbul olunub.

 

Xəbər lenti