Oktyabrın 27-də Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Bildirilir ki, oktyabrın 26-sı axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri mürəkkəb iqlim şəraitindən istifadə edərək cəbhənin cənub istiqamətində Azərbaycan mövqelərinə yaxınlaşıb təxribat törətməyə cəhd göstəriblər: “Düşmənin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib”.

 

Müdafiə Nazirliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.

Novator.az xatırladır ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon zəbt edilib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı bəzi yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib.

Xəbər lenti