İranın son bir neçə il ərzində İraqda 9 hərbi baza qurduğu ortaya çıxıb.

Axar.az “Hürriyət”ə istinadla xəbər verir ki, 2003-cü ildə ABŞ işğalından sonra yaradılan bu hərbi bazalar hökumətdən və Tehrandan gələn tapşırıqları yerinə yetirir.

“Başika düşərgəsinə görə Türkiyəyə dil uzadan Baş nazir Heydər Abadi ölkədəki 9 İran bazasına göz yumur”, - məqalədə bildirilir.

Xatırladaq ki, Abadi Başika hərbi düşərgəsindən türk qüvvələrinin çıxarılmasını tələb edib. Rəsmi Bağdad Türkiyənin Başikadakı fəaliyyətini “təcavüzkar siyasət” adlandırıb.

 

Xəbər lenti