KXCP Ali Məclisinin Konstitusiya dəyişikliklərinə dair keçirilmiş referendumla bağlı bəyanatı

Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyəti 4 avqust 2016-cı il tarxli bəyanatla ailə hakimiyyətinin uzadılmasına hüquqi baza yaradılması məqsədi ilə keçiriləcək bədnam (üçüncü) referendiumu baykot edərək Azərbaycan xalqını referendumda iştirak etməməyə çağırmış, 28 sentyabr 2016-cı il tarixli bəyanatı ilə umumxalq səsverməsi adı altında keçirilmiş saxta referendumun nəticələrini tanımamış, Azərbaycan Konsitutsiyasına və Azərbaycan dövlətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq 26 sentyabr referendumunun nəticələrinin ləğv edilməsini tələb etmişdir. Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisi bəyan edir ki, 20 faiz torpaqları işğal altında, təməl insan haqları qorunmayan, dərinləşmiş maliyyə böhranı ilə üz-üzə, korrupsiya-rüşvət məngənəsində çabalayan ölkəmizdə iqtidarın ailə hakmiyyətini uzatmaq məqsədi ilə artıq üçüncü dəfə 26 sentyabrda ənənəvi saxtakarlıqla keçirdiyi referendumu tanımır. Referendum Azərbaycan Konstitutsiyası, Seçki Məcəlləsi, digər mövcud qanun və qərarların kobud surətdə pozulması və saxtakarlıq şəraitində keçirilmişdir. Hakimiyyət üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, beynəlxalq təşkilatları, demokratiya institutlarının əksəriyyətini müzakirələrdən kənarda saxlamış, çox qısa zaman kəsiyində Avropa Şurasının Venesiya Komissiyasının hazırladığı və haqlı olaraq sərgilədiyi mənfi və təkliflər nəzərə almamışdır. Konstitusiya dəyişikliklərinin mahiyyəti xalqdan gizlədilmiş, geniş müzakirələr aparılmamış, debatlar keçirilməmiş, siyasi partiyalar, ictimai təşkilatlar, bütövlıükdə vətəndaş cəmiyyəti basqı altında saxlanılmış, həbslər və represiyalar şəraitində çox qısa zamanda keçirilən ümumxalq səsverməsi zamanı təməl insan haqları kobud şəkildə pozulmuşdur. Ümumxalq səsvermə günü ənənəvi saxtakarlıq mexanizmaları bütün gücü ilə işləməyə başlamışdır. Beləki, seçici fəallığının çox aşağı olmasına baxmayaraq başda Mərkəzi Seçki Komissiyası olmaqla seçki komissiyaları seçici fəalığını saxtalaşdıraraq dəfələrlə artırmış, kütləvi seçki “karuselləri” təşkil edilmiş, seçki qutularına topa bülletenlərin doldurulması, qanunsuzluqlara etiraz edənlərin saxlanılması, seçki məntəqələrində seçki protokollarının yazılmaması kimi ənənəvi kütləvi saxtakarlıqlar müşahidə edilmişdir. Ənənəvi olaraq AŞPA-nın kürü diplomatiyasına uyğun bir qrup deputatının referenduma demokratik görüntü vermək məqsədi ilə xalqımızı və beynəlxalq təşkilatları aldatmaq cəhdləri müşahidə edilmişdir. KXCP Ali Məclisi hesab edir ki, 26 sentyabrda umumxalq səsverməsi adı altında keçirilən saxta referendum vasitəsiylə vətəndaşların Azərbaycan Konstitutsiyası, Seçki Məcəlləsi və digər qanunlarla təsbit edilmiş təməl hüquqları pozulmuş, hakimiyyətin bölünməsi prinsipi ciddi zədə almış, hakimiyyətin zəbt edilərək bir ailənin inhisarında qalması üçün süni və saxta təməllər yaradılmışdır. Klassik Xalq Cəbhəsi Partiyası umumxalq səsverməsi adı altında keçirilmiş saxta referendumun nəticələrini tanımır, Azərbaycan Konsitutsiyasına və Azərbaycan dövlətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq 26 sentyabr referendumunun nəticələrinin ləğv edilməsini tələb edir. 16 oktyabr 2016-cı il, Bakı şəhəri. 

Xəbər lenti