Qazax rayonunda elektrik enerjisinin tez-tez kəsilməsi ilə bağlı sakinlər Teleqraf.az-a müraciət edərək  aidiyyəti qurumların bu məsələyə diqqət göstərmələrini istəyirlər.  "Nərimanov" qəsəbəsinin sakinlər bildiriblər ki,  soyuq havaların keçdiyi bir gündə  “Azərişıq"Açıq Səhmdar Cəmiyyətinin(ASC) Qazax   elektrik şəbəkəsi qəsəbənin işıqlarını hər axşam söndürür.  

"Evlərimizdə körpə uşaqlarımız var, soyuqda onlar üçün çətindir.  Bir müddət bundan qabaq  Qazax rayon icra hakimiyyəti tərəfindən yeni transformator quraşdırıldı. Vəziyyətimiz yaxşılaşmaq əvəzinə bundan sonra daha da pisləşməyə doğru getdi.  İşıq idarəsinə məlumat verib problemi həll etməyi xahiş etdikdə isə hər bir işi sakinlərin görməli olduğunu deyirlər.  Avtomobillərinin olmadığını bildirərk işçilərinin arxasınca maşın göndərməyimizi bizə deyib məsləhət verirlər. Belə olmaz axı. Prezidentin Qazaxa gələcəyini eşitmişik. Budurmu bunların prezidentə qoyduqları hörmət? Yani istəyirlər ki, biz sakinlər prezidentin qarşısına çıxaraq şikayətimizi birbaşa ona deyək?  Sizdən xahiş edirik ki, bizim problemimizi işıqlandırmaqla  Qazax rayon sakinlərinə dəstək olun.  Qzax rayon sakinlərinin nə günahı var ki, bu işıqlı dünyanı bizə zülmətə bürüyürlər?”

Elşən Əlisoy

Xəbər lenti